...

Mədəniyyət və Turizm Nazirliyi 5 hotelə ulduz verdi

Cəmiyyət Materials 1 İyun 2015 17:50 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi may ayında Azərbaycanda fəaliyyət göstərən 5 hotelin təsnifatını apararaq onlara dərəcə sertifikatı verib.
Mədəniyyət və Turizm Nazirliyi 5 hotelə ulduz verdi

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi may ayında Azərbaycanda fəaliyyət göstərən 5 hotelin təsnifatını apararaq onlara dərəcə sertifikatı verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, may ayında Bakı şəhərində "Hilton Hotel Baku" mehmanxanasına 5, Şamaxı rayonunda "Samaxı Palace Platinum by Rixos" mehmanxanasına 5, Qəbələ rayonunda "Qafqaz Resort Hotel" mehmanxanasına 5, "Duyma" mehmanxanasına 4 və Mingəçevir şəhərində "River Side"mehmanxanasına 4 ulduz verilib.

Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 80-ə çatıb.

Mehmanxanaların təsnibatı mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti