...

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyat müddəti dəyişdirilib

Cəmiyyət Materials 1 İyun 2015 18:45 (UTC +04:00)
Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.
Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyat müddəti dəyişdirilib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycanın regionlarında yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, həmin bakalavrların qeydiyyatı 2015-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinin elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi avqust ayında nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti