...

Milli mülki aviasiyaçılar, bayramınız mübarək!

Cəmiyyət Materials 2 İyun 2015 08:35 (UTC +04:00)
Bu günlərdə Azərbaycan Hava Yollarının (AZAL-ın) daimi sərnişinlərindən olan Azərbaycanın tanınmış pianoçusu, əməkdar artist, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin AZAL haqqında yazısını oxudum.
Milli mülki aviasiyaçılar, bayramınız mübarək!

Bu günlərdə Azərbaycan Hava Yollarının (AZAL-ın) daimi sərnişinlərindən olan Azərbaycanın tanınmış pianoçusu, əməkdar artist, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin AZAL haqqında yazısını oxudum. I Avropa Oyunları ilə əlaqədar Bakıya səfər edən qonağımı qarşılayarkən onun müsahibəsini xatırladım.

Sirr deyil ki, hər bir əcnəbi, ölkəyə qədəm qoyan qonaq üçün hava məkanının sərhədi məhz hava limanından keçir. Azərbaycana ilk səfər edən qonağımın da torpağımıza qədəm basdıqdan sonra söylədiyi ilk sözlər də düşüncələrimin təsdiqi oldu. Belə ki, o AZAL şirkətinin göstərdiyi xidmətlərdən, müasir təyyarələrindən, Heydər Əliyev hava limanında yaradılan müasir şəraitdən çox məmnun olduğunu və bütün gördüklərindən heyran qaldığını bildirdi.

Təsadüfi deyil ki, AZAL-ın müasir təyyarə parkının mövcudluğu, onun peşəkar heyətinin olması son illərdəki inkişafdan irəli gəlir. Heydər Əliyev Hava Limanı beynəlxalq auditin nəticələrinə görə, "4 ulduz" dərəcəsinə layiq görülüb və dünyanın 18 ən yüksək reytinqli hava limanları siyahısına daxil olub. Qonağımın ölkəmlə bağlı söylədiyi müsbət təəssüratları dinlədikcə, bir azərbaycanlı kimi fəxr etdim.

Onu da qeyd etmək yerinə düşər ki, AZAL-ın əməkdaşlarının zəngin təcrübəsi də nəsildən-nəsilə ötürülür. AZAL-ın pilotlarının, mexaniklərinin və bort mühəndislərinin illər boyu qazandığı böyük təcrübələr onların övladları tərəfindən mənimsənilir. Onlar üzərlərinə düşən çətin və məsuliyyətli işi həyata keçirərək yaxınlarına, minlərlə insanın həyatına, təhlükəsizliyinə, rahatlığına cavabdeh olduqlarını göstərir. Bu, aviaşirkətin təhlükəsizliyi və etibarlılığının nə dərəcədə yüksək olduğuna daha bir nümunədir.

Mülki aviasiyamızın sürətli inkişafı onun yüksək ixtisaslı milli kadrlarla təminatını da ön plana çıxarıb. Məxsusi olaraq, AZAL-ın əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi üçün günün tələbinə uyğun və müasir Aviasiya Akademiyasınin fəaliyyətini də qeyd etmək vacibdir. Bu gün Aviasiya Akademiyası beynəlxalq standartlara uyğun kadr potensialı yetişdirən, beynəlxalq qurumlarla tərəfdaşlıq edən, yeniliklər imza atan müasir tədris müəssisəsidir.

Bu gün Azərbaycan Prezidentinin hərtərəfli dəstəyi ilə, dövlət milli aviadaşıyıcımız olan AZAL sərnişinlərin təhlükəsizliyi, mənzil başına rahat və arzuladıqları kimi çatmaları üçün bütün maddi və digər lazımi köməyi əsirgəmir.

İyunun 2-də Azərbaycanın mülki aviasiya işçiləri peşə bayramlarını qeyd edirlər. Fürsətdən istifadə edərək, onları səmimi qəlbdən təbrik edir, Azərbaycan vətəndaşı kimi onlara bu məsuliyyətli işlərində uğurlar!

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti