...

Azərbaycan İntellektual Oyunlar Klubu 3-cü mövsümə yekun vurdu (FOTO)

Cəmiyyət Materials 4 İyun 2015 15:44 (UTC +04:00)
2014-2015-ci il oyun mövsümünə Azərbaycan İntellektual Oyunlar Klubu hər iki dildə keçirilən sinxron və premyer liqa qaliblərinin mükafatlandırma mərasimləri və super final oyunu ilə yekun vurub.
Azərbaycan İntellektual Oyunlar Klubu 3-cü mövsümə yekun vurdu (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

2014-2015-ci il oyun mövsümünə Azərbaycan İntellektual Oyunlar Klubu hər iki dildə keçirilən sinxron və premyer liqa qaliblərinin mükafatlandırma mərasimləri və super final oyunu ilə yekun vurub.

Azərbaycan İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan və respublikanın ali təhsil müəssissələri arasında sinxron çempionat, hər şənbə günü Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompüter Kollecində keçirilir. Artıq 3-cü çempionata yekun vurulub. Keçirilmiş ilk turlarda ümumlikdə 280 komandanın iştirakı qeydə alınıb. Sinxron çempionatın nəticələrinə görə birinci yerin sahibi ARPDİA komandası olan "Latsio", ikinci yer "Diplomaticos" (BDU), üçüncü yer "Şeş qoşa" (ATU) olub.

Sinxron çempionatla paralel olaraq hər həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Nəzərinizə çatdıraq ki, suallar peşəkar redaktor heyəti tərəfindən tərtib olunur. Oyunda tələbələrarası sinxron çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

Nə? Harada? Nə Zaman? üzrə keçirilən ilk iki çempionatın qalibi "HİT" komandası olsa da mövsümdə liderliyi "Revolver" komandası əldə etdi. İkinci yerə "Hərum", 3-cü yerə isə "HİT" komandası sahibləndi.
Rus dilində keçirilən premyer liqanın qalibləri - 1-ci yer "Nevada", 2-ci yer "Лига Справедливости", 3-cü yer "Who run the world" komandaları oldu.

Bütün qalib komandalar klub tərəfindən diplom və hədiyyələrlə təltif olundular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti