...

Yeni Xocavənd qəsəbəsinin su problemi həll olundu (FOTO)

Cəmiyyət Materials 11 İyun 2015 16:27 (UTC +04:00)
İçməli su çatışmazlığının müşahidə olunduğu Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində həyata keçirilmiş layihənin icrası yekunlaşıb.
Yeni Xocavənd qəsəbəsinin su problemi həll olundu (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

İçməli su çatışmazlığının müşahidə olunduğu Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində həyata keçirilmiş layihənin icrası yekunlaşıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihəyə əsasən Yeni Xocavənd qəsəbəsinə məhsuldar və dayanıqlı mənbə hesabına içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə Beyləqan şəhərini içməli su ilə təmin edən anbardan Yeni Xocavənd qəsəbəsinə magistral su xətti çəkilib, 5,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılaraq 232 ünvana birləşmə verilib. Layihə çərçivəsində Yeni Xocavənd qəsəbəsində kanalizasiya sistemləri də yaradılıb, bu məqsədlə 6200 metr kanalizasiya şəbəkəsi və kollektoru inşa edilib.

Layihənin icrası nəticəsində qəsəbədə 1200 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb.

Qeyd edək ki, Yeni Xocavənd qəsəbəsi də daxil olmaqla Beyləqan şəhəri rayonun Əlinəzərli kəndi ərazisində qazılmış 5 ədəd subartezian quyusu hesabına içməli su ilə təmin olunur. Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması isə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində və ətraf kəndlərdə 25 mindən çox sakinin su təchizatını əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda rayon mərkəzində yeni kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur. Layihəyə əsasən, quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd anbar, nasos stansiyası tikilib. Su mənbəyindən şəhərə qədər 450 mm diametrli polietilen borularla 8,6 km magistral su xətti çəkilib, şəhərdə 91 km içməli su və 89 km kanalizasiya şəbəkəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti