"Kitabi-Dədə Qorqud"un izi ilə Zaqatalaya (FOTO)

"Kitabi-Dədə Qorqud"un izi ilə Zaqatalaya (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramı üzrə "Kitabi-Dədə Qorqud"un Zaqataladakı izləri", "Qafqaz Albaniyası və onun hazırki varisləri", "Qardaşlaşmış məktəblər" və "Ev kitabxanası" layihələri çərçivəsində 19-21 iyun tarixlərində Zaqatala şəhərində silsilə tədbirlər keçirilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Bilik Fondunun, AMEA-nın, Bakı Slavyan Universitetinin, Bakı Dövlət Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, yerli icra strukturu əməkdaşlarının, Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları 6 məktəbin şagirdlərinin iştirakı ilə keçirilən tədbirlərin istinad mənbəyi "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamı olub. Ölkə Prezidentinin bu Sərəncamda göstərdiyi aydın hədəflərə doğru istiqamətlənən tədbirlər həm də cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi tanıyaq" layihəsinin davamıdır. Dövlət müşaviri akademik Kamal Abdullayevin birbaşa təşəbbüsü ilə reallaşdırılan bu layihələr Ölkə Prezidentinin həyata keçirdiyi Azərbaycançılıq ideologiyasının hər bir Azərbaycan vətəndaşının qəlbində və düşüncəsində kök salmasına, gənclərimizin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına yönəlib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısı Mübariz Əhmədzadənin rəhbərliyi ilə icra hakimiyətinin dəstək verdiyi tədbirlərə rayonun Əliabad kəndindən start verilib. Əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edən nümayəndə heyəti Əliabad qəsəbəsindəki XVII əsrə aid qədim məsciddə olub.

2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı zərər görmüş məscid binasında hazırda bərpa işləri aparılır. Bakının Şüvəlan qəsəbəsində yerləşən Mir Möhsüm Ağa ziyarətgahının maliyyə dəstəyi ilə həyata keçirilən bərpa işlərinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və xeyriyyəçilər də kömək göstərirlər.

Tanışlıqdan sonra məscidin həyətində toplantı keçirilib. Toplantını icra başçısı Mübariz Əhmədzadə açaraq, layihələrin Zaqatalada baş tutacağından böyük fərəh hissi keçirdiyini deyib.

Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov Zaqatalanın Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin nümunəsi olduğunu bildirib. Zaqatala sakinlərinə Dövlət müşaviri Kamal Abdullayevin salamını çatdıran C.Məmmədov deyib ki, Zaqatalada müxtəlif xalqların nümayəndələri əsrlər boyudur qardaş kimi yaşayırlar: "Azərbaycanı fərqləndirən cəhətlərdən biri bütün insanların dövlətçilik ətrafında birləşməsidir. Biz bu qardaşlığın əbədi olmasına çalışmalıyıq. Bilirsiniz ki, Azərbaycanı gözü götürməyən qüvvələr var. O qüvvələrə bizi bir-birimizə qarşı qoymağa imkan verməməliyik. Din dövlətdən ayrıdır. Buna baxmayaraq, dövlət islam dininin inkişafı üçün əlindən gələn köməyi əsirgəmir. Ölkəmizdə məscidlər tikilir, təmir olunur, islam qaydalarına uyğun yaşamaq üçün bütün şərait yaradılır. O cümlədən başqa dinlərin nümayəndələri də dini inanclarının qorunmasında mütamadi olaraq dövlətdən dəstək alırlar. Ona görə də hər bir azərbaycanlı dövlətinin yanındadır və xarici təhdidlərə cavab verməyə hazırdır".

Əliabad icra nümayəndəsi Həsən Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli nümayəndəsi Mehman İsmayılov, çıxışlarında yaşadıqları rayondakı inkişafdan söz açıblar, din azadlığının yüksək səviyyədə olduğunu deyiblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun layihələrindən danışıb. Onun sözlərinə görə, bu layihələr bir-birinin davamıdır və əhalinin maariflənməsinə xidmət edir.

İmam Darçın Əfəndi dinə göstərilən qayğıdan söz açaraq bildirib ki, məscidin təmirində əməyi olan hər kəs böyük savab qazanıb və bütün əliabadlılar onlara dualar edirlər.

Qardaşlaşma sazişini imzalamaq üçün bir araya gələn məktəblilərin təşəbbüsü ilə hazırda təmir işləri aparılan məscidin həyətində iməçilik keçirilib. Məktəblilər məscidin həyətində olan tikinti materiallarının daşınmasında, həyətdə səliqə-səhman yaradılmasında, ağacların və gül kollarının əkilməsində və suvarılmasında iştirak edib. Bilik Fondu tərəfindən məscidə dini, elmi-populyar və bədii ədəbiyyat nümunələrindən ibarət 100 adda kitab hədiyyə olunub.

Nümayəndə heyəti rayonun Xalça evində də olub. Onlara xalçalar barədə geniş məlumat verilib.

Günün ikinci yarısında Əliabad mədəniyyət evində "Qafqaz Albaniyası və onun hazırkı varisləri" mövzusunda konfrans başlayıb. Tədbirə moderatorluq edən Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov bildirb ki, zaqatalalıların konfransda həvəslə iştirakı, yaradılan şərait layihənin bu ərazidə uğurlu keçəcəyini indidən məlum edir. Tədbirə qatılan məktəbliləri salamlayan S.Hüseynov müxtəlif xalqların çələng kimi Azərbaycana yaraşıq verdiyini diqqətə çatdırıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Mübariz Xəlilov "Qafqaz Albaniyası və onun irsi" mövzusunda çıxış edərək, Azərbaycanda yaşayan xalqların tarixi köklərindən danışıb və qeyd edib ki, udilər, ingiloylar Alban mədəniyyətinin varisləri olaraq, bugünkü Azərbaycanın eynihüquqlu vətəndaşlarıdır.

Bakı Slavyan Universitetinin kafedra müdiri Şirinbəy Əliyev əsasən Əliabadda yaşayan ingiloyların tarixinə diqqət çəkib. Alim qeyd edib ki, tədqiqatlar sırf siyasi məqsədlə aparılıb. İngiloylar Qafqaz Albaniyasınının ərazisində yaşayan Gel tayfalarının davamçısıdır və onlar Azərbaycan mədəniyyətinin formalaşmasında yaxından iştirak ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəşad İlyasov azərbaycanlıların tarixən multikultural əhval-ruhiyyədə olduqlarını bildirib, bunun həmişə belə davam edəcəyinə inamını ifadə edib.
Ceyhun Məmmədov Azərbaycan ərazilərindəki bütün abidələrə, mədəniyyət nümunələrinə sahib çıxmağın vacibliyini vurğulayıb.

Sərraf Hüseynov Dövlət müşaviri, akademik Kamal Abdullayevin fikrini xatırladıb: "Kamal müəllimin bir fikri var, "biz hər birimiz ayrı-ayrılıqda özümüz üçün maraqlıyıq, güclüyük, əzəmətliyik. Ancaq Azərbaycan xalqı, AZƏRBAYCANLI adlananda başqaları üçün maraqlı, güclü, əzəmətli oluruq".

Tədbirə Əliabad qəsəbə mədəniyyət evinin yerli özfəaliyyət dərnəyi konsert proqramı ilə yekun vurub.

Müxtəlif xalqların nümayəndələrinin təhsil aldığı 6 məktəb qardaşlaşdı

Həmin gün Əliabad qəsəbə A.Hacıyev adına 1 nömrəli məktəbdə Bakı şəhəri Xəzər rayonu 156 nömrəli tam orta məktəb, Qəbələ rayonu Nic kənd 2 nömrəli tam orta məktəb, İsmayıllı rayonu İvanovka kənd tam orta məktəbi, Balakən rayonu humanitar-texniki təmayüllü lisey, Qax rayonu Əmbərçay kənd tam orta məktəbi, Zaqatala rayonu Əliabad kənd 1 nömrəli tam orta məktəbləri arasında "Qardaşlaşma sazişi" imazlanıb. Udilər, saxurlar, gürcülər, ruslar, avarlar, ləzgilər, ingiloylar - bir sözlə AZƏRBAYCANLI məktəblilər Qardaşlaşma Sazişi imzaladıqdan sonra "Kitabi-Dədə Qorqud" dastanındakı hadisələrin əks olunduğu səhnəciklər göstərib, şeirlər söyləyib, rəqslər nümayiş etdiriblər.

Bütün tədbirlər icra başçısı Mübariz Əhmədzadənin və yerli icra strukturu rəhbərlərinin iştirakı ilə keçirilib. Qardaşlaşan məktəblər və yerli nümayəndələr bir-birinə xatirə hədiyyələri veriblər.

Əslində bu qardaşlaşma prosesindən əvvəl müxtəlif milli azlıqların nümayəndələri olan bu məktəblilərin AZƏRBAYCANLI adı altında lap çoxdan qardaş olduğuna hər kəs şahid oldu.

Tədbir iştirakçıları axşam Mir Möhsüm Ağa ziyarətgahının Əliabad məscidində açdığı iftar süfrəsinin qonağı olublar. İftardan sonra Şüvəlan, İvanovka, Nic məktəbliləri Əliabadlı şagirdlərin evlərində gecələyiblər. Bilik Fondunun "Ev kitabxanası"na daxil olan kitablar 15 evə hədiyyə olunub.

Səfərin ikinci günü Heydər Əliyev Mərkəzində "Kitabi-Dədə Qorqud"un Zaqataladakı izləri" adlı konfrans keçirilib. İcra başçısının və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən konfrans maraqlı çıxışlarla yadda qalıb.

Konfransı giriş sözü ilə açan Sərraf Hüseynov Zaqatalada bu səviyyədə qarşılandıqlarına görə hər kəsə minnətdarlığını bildirib və bu günə qədər "Kitabi-Dədə Qorqud"un izi ilə həyata keçirilən tədbirlər barəsində məlumat verib.

BSU-nun professoru Rüstəm Kamal "Kitabi-Dədə Qorqud"da islam həqiqəti", Bakı Dövlət Universitetinin kafedra müdiri Ramiz Əsgər "Kitabi-Dədə Qorqud" biblioqrafiyası", 3 saylı məktəbin direktoru Elmira Hacıyeva "Zaqatala - tarixin özü", AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov "Kitabi-Dədə Qorqud" milli-mənəvi dəyərlərimizin mənbəyi kimi", Zaqatalada fəaliyyət göstərən "Yeni Fikir" İctimai Birliyinin sədri Elmira Mehdiyeva "Dastanın raellıqla uyğunluğu", AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Allahverdi Teymurov "Kitabi-Dədə Qorqud"da ailə hüququ məsələləri", AMEA-nın Folklor İnstitutunun əməkdaşı Ləman Süleymanova "Kitabi-Dədə Qorqud" dastanındakı xalq deyimlərinin Zaqatala bölgəsində işlənən deyimlərlə səsləşməsi", rayonun Yengian bələdiyyəsinin sədri Xuraman Şabanovanın "Qədim oğuz tayfalarının yerli nümunələri" mövzusundakı çıxışları "Kitabi-Dədə Qorqud" dastanının möhtəşəm bir əsər olduğunu, Azərbaycan xalqının mənəviyyat abidəsi səviyyəsinə ucalığını və bu abidənin qorunmasının ömürlük missiya olduğunu bir daha təsdiqləyib.

Elə bu üzdən Ceyhun Məmmədov çıxışında azərbaycanlıları milli-mənəvi dəyərlərinə sahib çıxmağa çağırıb və bildirib ki, başımıza gələn bəlalar dəyərlərimizə tapınmamağımızla bağlıdır.

Tədbirin sonunda Oktay Səmədov 3 günlük səfər çərçivəsində dəstək olan hər kəsə adbaad təşəkkürünü bildirb. Şagirdlərin Əliabadda qonaq qaldığını xatırladan icraçı direktor növbəti səfərlərdə bütün nümayəndə heyətinin evlərdə qonaq olacağını bildirib. Onun bu açıqlaması zalda alqışalarla qarşılanıb.

Konfransın sona çatdığını elan edən Sərraf Hüseynov tədbirlərdən böyük nəticələr əldə olunacağına əminliyini vurğulayıb. O, mərkəzədə yanan Birinci Avropa Oyunlarının məşəlinə işarə edərək, fikirlərini Dədə Qorqudun deyimi ilə yekunlaşdırıb: "Haqq yandıran çırağımız sönməz olsun".

Nümayəndə heyəti Bakıya Zaqatalanın Dədə Qorqud meydanından yola salınıb. Onların şərəfinə maraqlı konsert proqramı hazırlanıb. Bilik Fondu maarifləndirmə missiyasına sadiqlik nümayiş etdirərək, meydandakı kitabxanası olan "Ailəvi" kafesinə kitablar hədiyyə edib.

Tədbir iştirakçıları geri - Bakıya qayıdarkən yolustü Qax rayonu ərazisində yerləşən qədim Alban abidəsi - Kürmük məbədində olublar. Şüvəlan və İvanovkadan olan məktəblilərə tarixi abidə barədə geniş məlumat verilib.

"Atalanta" futbol klubu İtaliya çempionatı oyununda "Fiorentina"yı məğlub etdi
"Atalanta" futbol klubu İtaliya çempionatı oyununda "Fiorentina"yı məğlub etdi
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" klubu "Tottenhem"i məğlub edib
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" klubu "Tottenhem"i məğlub edib
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Futbol üzrə İspaniya çempionatı: "Real" "Barselona"ya qalib gəldi
Loading Bars
Xəbər lenti
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Naxçıvanda yük daşımalarının həcmi artıb
Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Vüqar Bayramov olub (FOTO)
Prezidentlik dövrünün ən gərgin və ən zəngin mərhələsi: İlham Əliyevi güclü edən xalq-iqtidar birliyidir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - İtaliyalı parlamentari
Qarabağ münaqişəsi ilə bağlı hər şeyi sıfırdan başlamağı ancaq özünə və xalqına güvənən bir Lider bacara bilərdi - Aydın Quliyev
"Maersk Explorer" "Şahdəniz" yatağında qazma işlərini başa çatdırıb
Prezident İlham Əliyev xalq-iqtidar birliyindən güc alaraq qarşıda duran vəzifələri şərəflə yerinə yetirir - Politoloq
Hərbi Qənimətlər Parkı aprelin 14-dən vətəndaşlara açıq olacaq
Naxçıvanda ÜDM artıb
Azərbaycan pomidor ixracı potensialını 30 faizdən çox yüksəldib
Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə təcavüzü davam etdirir - Deputat
Goranboyda qayda pozan sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Naxçıvan Muxtar Respublikasında sənaye istehsalı 250 milyon manatı ötüb
Xalq Cəbhəsi - “Müsavat” cütlüyünün hakimiyyəti dövründə ölkə idarəolunmaz vəziyyətə düşmüşdü - Deputat
Ramazan ayını karantin qaydalarına uyğun keçirməliyik - Hacı Şahin
Füzulidə polis və hərbi qulluqçu avtomobllə vurulub
50 obyektdə epidemiya əleyhinə rejim pozulub
Kommersiya şirkətlərinin mühasibləri və mühasibatlıq xidmətləri həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək
Ceyhun Bayramov Maldivin xarici işlər naziri ilə telefonla danışıb
Milli Məclisin işçi qrupu İtaliya nümayəndə heyəti ilə müzakirələr aparıb (FOTO)
Azərbaycan Prezidenti: Heydər Əliyevin bütün vəzifələrdən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü
“Əsas Məsələ”də Hərbi Qənimətlər Parkının açılışı müzakirə olunub (VİDEO)
Daha 35 min abonentin qaz təchizatı yaxşılaşdırılır (FOTO)
Prezident İlham Əliyev: Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı
Azərbaycan Prezidenti: Biz qan tökərək yeni reallıq yaratmışıq, bu gün hər kəs bizimlə hesablaşmalıdır
Azərbaycan Prezidenti: Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir
Prezident İlham Əliyev: Ermənistan bizim qarşımızda boynunu bükmüş ölkədir və həmişə belə olacaq
Prezident İlham Əliyev: Mən nə qədər təzyiqlə üzləşdim. Dedim, vermirsən, cəhənnəmə vermə
Azərbaycan Prezidenti: Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər
Çaylarda ən müasir avtomat hidroloji stansiyalar istismara verilib (FOTO)
Prezident İlham Əliyev İrəvanın Ermənistana verilməsi haqqında: Mən bunu qınamışam, biz tarixi malalamamalıyıq
Rusiya Azərbaycanın daha bir neçə müəssisəsindən pomidor ixracı qadağasını götürdü
Zaqatalada 10 il əvvəl qətl törədən şəxsə hökm oxunub
Prezident İlham Əliyev: Demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz
Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media əməkdaşlığı üçün əsas götürülə bilər
Bütün xəbərlər