...

Sabahdan Bakıda külək mülayimləşəcək

Cəmiyyət Materials 1 İyul 2015 12:48 (UTC +04:00)
Sabah gündüzdən Bakıda şimal küləyi mülayimləşəcək.
Sabahdan Bakıda külək mülayimləşəcək

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah gündüzdən Bakıda şimal küləyi mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayimləşəcək.

Paytaxtda havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 2-də hava əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda isə havanın temperaturu gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti