...

Magistral su kəmərində qəza baş verdi: Bakının bəzi yerləri susuz qalacaq

Cəmiyyət Materials 11 İyul 2015 10:34 (UTC +04:00)
Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.
Magistral su kəmərində qəza baş verdi: Bakının bəzi yerləri susuz qalacaq

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.

"Azərsu" ASC-dən Trend-ə bildiriblər ki, qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti