Azərbaycan, Bakı, 14 iyul /Trend/
"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı tezliklə satışda olacaq.
Trend xəbər verir ki, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (2/2015) sayı tezliklə oxucuların görüşünə gələcək.
Jurnalın bu sayında oxuya bilərsiniz:
* Nobel mükafatı laureatı Kamilo Xose Selanın nobel nitqi və "Paskual Duartenin ailəsi" romanı;
* Amerika şairi Enn Sekstonun şeirləri;
* Məşhur ingilis yazıçısı İen Makyuenin "Boltype" jurnalına verdiyi müsahibə və "Şkaf-adamla söhbət" hekayəsi;
* "Tarixin axarını dəyişən məktublar" başlığı altında Türk xaqanlarının yazışmaları,
* Con Perkinsin "Killerin etirafları" kitabından parçalar;
* Yuri Kuznetsovun şeirləri;
* Çağdaş Misir ədəbiyyatından İhsan Abdul-Qaddusun "Avtobus oğrusu" novellası;
* Rusiyanın bir çox qəzet və jurnallarında tarixi rubrikaların aparıcısı olan Yuri Bezelyanskinin görkəmli fransız dramaturqu, absurd teatrın klassiki Ejen İonesko haqqında yazısı;
* Ejen İoneskonun "Dörd nəfərlik səhnə" pyesi;
* Müasir İsveç ədəbiyyatı və teatrının banisi Avqust Strindberqin "Vicdan əzabı" hekayəsi;
* İvan Zaxaryinin (Yakunin) "Şeyx Şamil" adlı memuarı;
* Uruqvay yazıçısı Mario Benedettinin "Yaxın sahil" romanı yer alır.