...

Abituriyentlərin nəzərinə!

Cəmiyyət Materials 14 İyul 2015 19:50 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib.
Abituriyentlərin nəzərinə!

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib.

Trend TQDK-ya istinadən məlumat verir ki, I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti