...

Rezidenturaya qəbul olanların qeydiyyatdan keçmə tarixləri bilindi

Cəmiyyət Materials 16 İyul 2015 15:54 (UTC +04:00)
Azərbaycanda ali tibbi təhsilin rezidentura səviyyəsinə qəbul olanların qeydiyyatdan keçmə tarixləri müəyyənləşdirilib.
Rezidenturaya qəbul olanların qeydiyyatdan keçmə tarixləri bilindi

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ali tibbi təhsilin rezidentura səviyyəsinə qəbul olanların qeydiyyatdan keçmə tarixləri müəyyənləşdirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul olan şəxslər tələb olunan sənədləri iyulun 22-dən 28-dək olan müddətdə müvafiq quruma təqdim etməlidirlər.

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə qəbul olmuş şəxslər sənədlərini Müdafiə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti