...

Nikah üçün tələb olunan tibbi arayışı da "ASAN xidmət"dən almaq olar

Cəmiyyət Materials 4 Avqust 2015 12:37 (UTC +04:00)
Qeyd edək ki, yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.
Nikah üçün tələb olunan tibbi arayışı da "ASAN xidmət"dən almaq olar

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Nikah üçün tələb olunan tibbi arayışı "ASAN xidmət" mərkəzindən əldə etmək olar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.

Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər:

- Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.

Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.

Qeyd edək ki, yalnız "ASAN xidmət" mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti