...

Ali məktəblərin plan yerlərinin 16,88 faizi vakant qalıb

Cəmiyyət Materials 13 Avqust 2015 15:09 (UTC +04:00)
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dövlət və özəl ali təhsil müəssisələri üçün ayrılmış plan yerlərinin 83,12 faizi dolub, 166 88 faizi (6555 yer) vakant qalıb.
Ali məktəblərin plan yerlərinin 16,88 faizi vakant qalıb

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dövlət və özəl ali təhsil müəssisələri üçün ayrılmış plan yerlərinin 83,12 faizi dolub, 16,88 faizi (6555 yer) vakant qalıb.

Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, qəbul planı I qrup üzrə 82,94 faiz, II qrup üzrə 78,16 faiz, III qrup üzrə 89,57 faiz, IV qrup üzrə 79,87 faiz, IV qrup üzrə 86,84 faiz dolub. Ən çox vakant yerlər II (21,84) faiz), ən az vakant yerlər III qrupda (10,43 faiz) qalıb.

Komissiya rəsmisi bildirib ki, vakant yerlər "Abituriyent" jurnalının bu gün ışıq üzü görəcək 8-ci sayında açıqlanacaq. Vakant yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Bu mərhələdə eyni zamanda, 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi də həyata keçiriləcək.

E.Nağızadə qeyd edib ki, bu ildən 11 illik təhsil bazasından kolleclərə tələbə qəbulu buraxılış imtahanı əsasında keçirilir. Bu müsabiqədə iştirak etmək hüququna malik olan məzunlar qeyd edilən müddətdə kolleclərin ixtisaslarını seçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti