...

Habil Əliyevin qızından atasının səhhəti ilə bağlı açıqlama

Cəmiyyət Materials 17 Avqust 2015 15:33 (UTC +04:00)
Xalq artisti Habil Əliyevi müayinə etmək üçün “Heydər Əliyev Fondu”nun dəstəyi ilə Türkiyədən tanınmış həkim Bakıya gələcək.
Habil Əliyevin qızından atasının səhhəti ilə bağlı açıqlama

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir Elmir Murad/

Xalq artisti Habil Əliyevi müayinə etmək üçün Türkiyədən tanınmış həkim Bakıya gəlir. Bunu Trend-ə açıqlamasında xalq artistinin qızı Rəna Əmirəliyeva bildirib.

Onun sözlərinə görə, təcrübəli həkim avqustun 18-i gecə saat 04:00-da Bakıya gələcək.

Atasının səhhətində irəliləyişlərin olduğunu deyən R.Əmirəliyeva qeyd etdi ki, xalq artistinə süni nəfəs verilir: "Atam ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilib. Süni nəfəs aparatı ilə nəfəs alır. İki gündü yuxulu idi. Yavaş-yavaş ayılır. Hazırda vəziyyətində irəliləyiş hiss olunur. Bu gecə isə atamı müayinə etmək üçün Türkiyənin təcrübəli həkimlərindən olan Ozkan hoca Bakıya gələcək. İnanıram ki, hər şey yaxşı olacaq. Atamın səhhətində irəliləyişlərin yaranması da bunu göstərir".

Qeyd edək ki, bir müddət əvvəl səhhətində problemlər yaranan xalq artsiti H.Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti