...

Azərbaycanda elektron hökumətin mobil platforması hazırlanıb

Cəmiyyət Materials 6 Sentyabr 2015 18:41 (UTC +04:00)
“Elektron hökumət” portalının (e-gov.az) mobil platforması hazırlanıb.
Azərbaycanda elektron hökumətin mobil platforması hazırlanıb

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Elektron hökumət" portalının (e-gov.az) mobil platforması hazırlanıb. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Elektron hökumətin yeni mobil platforması ictimaiyyət üçün artıq sentyabrda əlçatan olacaq.

MHM-dən bildiriblər ki, əlavənin ilkin versiyası iOS əməliyyat sistemi mühitində funksional olacaq: "Perspektivdə ondan "Android" əməliyyat sisteminin idarəçiliyi altında işləyən mobil qurğu sahibləri də istifadə edəcəklər. Əlavəyə dövlət qurumlarının bəzi elektron xidmətlərindən istifadə etməyə imkan verən bir sıra funksiyalar qoşulub".

Elektron hökumətin mobil platforması vətəndaş və təşkilatların xidmətləri rahat və operativ əldə etmələrinin keyfiyyətcə yeni mərhələsini, eləcə də dövlət qurumlarının fəaliyyəti barədə məlumatı təmin etməyə hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti