...

AZAL-dan sərnişinlər üçün əlverişli qərar

Cəmiyyət Materials 23 Sentyabr 2015 17:04 (UTC +04:00)
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.
AZAL-dan sərnişinlər üçün əlverişli qərar

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər.

Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

"Azərbaycan Hava Yolları"nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti