...

"Azərsu" Qaraçuxurda qəza baş vermiş su xətti ilə bağlı açıqlama verdi

Cəmiyyət Materials 24 Sentyabr 2015 11:25 (UTC +04:00)
Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlınski küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın fəsadları aradan qaldırılıb.
"Azərsu" Qaraçuxurda qəza baş vermiş su xətti ilə bağlı açıqlama verdi

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlinski küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın fəsadları aradan qaldırılıb.

Bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin əməkdaşı Neman Səfərli deyib.

Onun sözlərinə görə, qəza baş verən kimi hadisə yerinə gedən mütəxəssislər boru xəttində bərpa işləri görüblər. Dünən gecədən sözügedən ünvanda yaşayan abonentlər su ilə təmin olunmağa başlayıblar: "Hazırda su həmin ünvandakı evlərə əvvəlki rejimlə verilir. Suyun verilməsində heç bir məhdudiyyət yoxdur. Belə hadisələr baş verdikdə çalışırıq ki, bərpa işlərini qısa zaman ərzində görək".

Qeyd edək ki, ötən gün Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlinski küçəsindən keçən magistral su xəttində qəza baş vermişdi. Qəza ilə əlaqdar Yeni Günəşli qəsəbəsinin A,B,V,Q,D massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti