...

Azərbaycanda inzibatı xəta törətmiş narkomanlar məcburi müalicə olunacaqlar

Cəmiyyət Materials 25 Sentyabr 2015 08:00 (UTC +04:00)
Azərbaycanda inzibatı xəta törətmiş bəzi narkomanlar məcburi müalicə olunacaqlar.
Azərbaycanda inzibatı xəta törətmiş narkomanlar məcburi müalicə olunacaqlar

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda inzibatı xəta törətmiş bəzi narkomanlar məcburi müalicə olunacaqlar.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar İnzibatı Xətalar Məcəlləsinə müəyyən əlavələr edilib.

Yeni dəyişikliklərə əsasən, inzibati həbs nəzərdə tutan inzibatı xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibatı həbs tənbeh növü tətbiq edilərkən həmin şəxslərə məhkəmə tərəfindən məcburi müalicə təyin ediləcək.

Məcburi müalicənin məqsədi həmin şəxslərin səhhətini, psixoloji vəziyyətini yaxşılaşdırmaq, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onları normal həyat tərzinə qaytarmaq, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və yeni inzibatı xətalar törədilməsinin qarşısını almaqdır.

Məcburi müalicə müvafıq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində aparılacaq. Narkomanların məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və onların məcburi müalicə müddətinin uzadılması həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti