...

Belə getsə, oktyabra da yay havası ilə gedəcəyik

Cəmiyyət Materials 29 Sentyabr 2015 12:47 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.
Belə getsə, oktyabra da yay havası ilə gedəcəyik

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 30-da axşam və gecə əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək, ayr-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Yaxın iki gün ərzində Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti