Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/
Dünya liderləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) yaradılmasının 3 illiyini sosial layihədə iştirakla qeyd edirlər.
Bu barədə Trend-ə Mərkəzin baş katibi Rövşən Muradov məlumat verib.
Onun sözlərinə görə, artıq 3 ildir fəaliyyət göstərən NGBM öz sıralarında 80-a yaxın cari və sabiq Prezident, Baş Nazirləri toplamaqla dünyanın nüfuzlu düşüncə mərkəzinə çevrilib.
Mərkəzin dünyanın 20-dən çox ölkəsində ev sahibliyi etdiyi müxtəlif toplantılarda 100-dən çox ölkə və hökumət rəhbərləri, 700-dən çox isə tanınmış elm adamları, beynəlxalq təşkilat rəhbərləri iştirak edib: "NGBM-nin yaradılmasının 3 illiyinin qeyd edilməsi sosial layihəsinə Bolqarıstan Prezidenti Rozen Plevneliyev, Makedoniya Prezidenti Gyorge İvanov, Maltanın Baş Naziri Josef Muskat və yüzdən çox sabiq liderlər qoşulub".