...

Azərbaycanla İtaliya arasında tələbə və müəllim mübadiləsi müzakirə edildi

Cəmiyyət Materials 1 Oktyabr 2015 14:33 (UTC +04:00)
Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycanla İtaliya arasında tələbə və müəllim mübadiləsi müzakirə edildi

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov İtaliyanın təhsil, universitetlər və tədqiqat naziri Stefania Gianini ilə görüşüb.

Görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər iki ölkə rəhbərliyinin bu əlaqələrin genişlənməsinə və xalqlarımız arasında dostluğun gücləndirilməsinə göstərdiyi diqqət xüsusilə qeyd edilib.

Azərbaycan-İtaliya Universitetlərarası Forumunun müvəffəqiyyətlə keçirilməsi və forumun nəticələrinə əsasən, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin nazirlər Azərbaycanla İtaliya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi perspektivləri və Azərbaycanda italyan dilinin tədrisinə dəstək kimi məsələləri müzakirə ediblər.

Qeyd edək ki, "Milan Expo 2015" Ümumdünya Sərgisi çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunmuş Azərbaycan-İtaliya Universitetlərarası Forumunda iştirak etmək üçün təhsil naziri M.Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti