...

Bakıda kenquru ətindən kolbasa satılır?

Cəmiyyət Materials 8 Oktyabr 2015 12:50 (UTC +04:00)
Bakıda mağazalarda kenquru ətindən olan kolbasaların satılması xəbəri kökündən yanlış məlumatdır.
Bakıda kenquru ətindən kolbasa satılır?

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda mağazalarda kenquru ətindən olan kolbasaların satılması xəbəri kökündən yanlış məlumatdır.

Bunu Trend-ə açıqlamasında mağazalarda kenquru ətindən olan kolbasaların satılması ilə bağlı məlumatlara münasibət bildirərkən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev deyib.

İ.Abdullayev bildirib ki, kenquru ətinin kolbasaya qarışdırılması standartlarda nəzərdə tutulmayıb: "Başqa ətlər - at və maral əti kolbasaya qarışdırıla bilər. Bakıda kenquru ətindən olan kolbasaların satılması yalan məlumatdır".

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda mağazalardan birində satılan kolbasanın tərkibində kenquru əti olması ilə bağlı məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti