...

Azərbaycanda qətimkan tədbirinin seçilməsi qaydaları dəyişdirilir

Cəmiyyət Materials 15 Oktyabr 2015 17:22 (UTC +04:00)
Azərbaycanda qətimkan tədbirinin seçilməsinin ümumi qaydaları dəyişdirilir.
Azərbaycanda qətimkan tədbirinin seçilməsi qaydaları dəyişdirilir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda qətimkan tədbirinin seçilməsinin ümumi qaydaları dəyişdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 156-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən, qətimkan tədbirinin seçilməsi barədə qərarda şəxsin şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğuna dəlalət edən ilkin sübutlar göstərilməlidir.

Mövcud qanunvericilikdə isə bu tələb belə qoyulur: "Qətimkan tədbirinin seçilməsi barədə qərarda şübhəli və ya təqsirləndirilən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirinin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti