...

Yol Polisi gücləndirilmiş iş rejiminə keçdi

Cəmiyyət Materials 29 Oktyabr 2015 14:47 (UTC +04:00)
Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.
Yol Polisi gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elmir Murad/

Yol Polisi İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin bütün orqanları artıq bu rejimdə işləyir: "Polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Artıq dünəndən əməkdaşlarımız bu rejimdə fəaliyyət göstərirlər".

Qeyd edək ki, Azərbaycanda polisin gücləndirilmiş iş rejiminə keçməsi ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı da artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti