...

Xarici tələbələr “Kitabi-Dədə Qorqud”a böyük maraq göstərdilər (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2015 14:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezidentin “Kitabi-Dədə Qorqud”un dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyinin qeyd edilməsi barədə Sərəncamına uyğun olaraq, Bakıda və ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirir.
Xarici tələbələr “Kitabi-Dədə Qorqud”a böyük maraq göstərdilər (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Prezident İlham Əliyevin "Kitabi-Dədə Qorqud"un dünya elminə tanıdılması və alman dilində ilk nəşrinin 200 illiyinin qeyd edilməsi barədə Sərəncamına uyğun olaraq, Bakıda və ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə professor Rəhilə Qeybullayevanın xarici tələbələr üçün "Kitabi-Dədə Qorqud" mövzusunda mühazirəsi keçirilib. Tədbirdə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti və Qafqaz Universitetində təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva müxtəlif xalqların ədəbiyyatında oxşar və fərqli cəhətləri təhlil edib, müqayisəli məqamlara diqqət çəkib. Mühazirəçi "Kitabi-Dədə Qorqud" dastanının türk xalqlarının ədəbiyyatında, mədəniyyətində, həmçinin məişətində mühüm rolundan danışıb.

İnteraktiv şəraitdə keçən mühazirədə xarici ölkələrdən olan tələbələr təmsil etdikləri xalqlarının şifahi ədəbiyyatından, dastan yaradıcılığından nümunələr gətiriblər.

Professor tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti