...

Azərbaycan və Bolqarıstan arasında ətraf mühit üzrə sənəd imzalandı

Cəmiyyət Materials 18 Noyabr 2015 16:49 (UTC +04:00)
Azərbaycan hökuməti ilə Bolqarıstan hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində ikiillik Proqram qəbul edilib.
Azərbaycan və Bolqarıstan arasında ətraf mühit üzrə sənəd imzalandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan hökuməti ilə Bolqarıstan hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində ikiillik Proqram qəbul edilib.

Trend-in məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla Azərbaycanda səfərdə olan Bolqarıstanın ətraf mühit və su naziri İvelina Vasileva arasında rəsmi görüş keçirilib. Görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun həyata keçirilməsi üzrə 2016 və 2017-ci illəri əhatə edən ikiillik Proqram qəbul olunub.

H.Bağırov deyib ki, proqram biomüxtəlifliyin qorunması və onun qorunması üçün strateji planların işlənib hazırlanması məqsədilə qabaqcıl təcrübə və praktika mübadiləsi, mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi, onların davamlı istifadəsi və mühafizə olunan təbiət ərazilərində fəaliyyətlər, ətraf mühitə təsirin qiymətləndirilməsi, qlobal iqlim dəyişmələri və hidrometeorologiya, ozon qatının qorunması, torpaqların ekoloji vəziyyətinin qorunması, transsərhəd su və hava çirklənmələri, tullantıların idarə edilməsi, suyun çirklənmədən mühafizəsi və su ehtiyatlarının idarə edilməsi sahələrini əhatə edir.

Daha sonra ikitərəfli görüş zamanı Azərbaycanla Bolqarıstan arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, biomüxtəlifliyin mühafizəsi, ətraf mühitin monitorinqi, su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələri problemləri üzrə məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti