...

IV Qlobal Bakı Forumu ilə əlaqədar Sloveniyada görüşlər keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2015 12:59 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində müzakirələr aparılıb.
IV Qlobal Bakı Forumu ilə əlaqədar Sloveniyada görüşlər keçirilib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində müzakirələr aparılıb.

Komitədən Trend-ə verilən məlumata görə, Sloveniya Prezidenti Borut Pahor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibini qəbul edib. Görüşdə Sloveniya Prezidentinə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı layihələr və IV Qlobal Bakı Forumuna hazırlıq mərhələsi ilə bağlı ətraflı məlumat verilib. Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri adından IV Qlobal Bakı Forumunda iştirakla bağlı dəvət məktubu cənab Borut Pahora təqdim edilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti səfər zamanı Sloveniya Xarici İşlər Nazirliyinin təşkil etdiyi Bled Strateji Forumun Baş katibi Alain Brian Berqant ilə də görüş keçirib. Görüşdə hər iki qurum arasında əməkdaşlığın mümkün perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Müasir dövrdə Avropa və dünyanın üzləşdiyi problemlərin həlli yolunda öhdəliklərin yaradılmasını qarşısına məqsəd qoyan Bled Strateji Forumu son illərin yüksək səviyyəli uğurlu strateji dialoq platformasına çevrilib. Hər il Avropadan, eləcə də dünyandan özəl və ictimai sektoru təmsil edən liderlərin iştirakı ilə təşkil olunan Forumu Sloveniya Xarici İşlər Nazirliyi və Avropa Perspektivləri Mərkəzini birgə keçirir.

Qeyd edək ki, IV Qlobal Bakı Forumuna hazırlıqla bağlı Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya, Monteneqro, Xorvatiya və Yunanıstanın dövlət və hökumət başçıları ilə də müzakirələr aparılıb. IV Qlobal Bakı Forumun 2016-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti