...

Xilas olmuş daha bir şahid: Külək qayığı zərblə platformaya vuranda başımdan zədə aldım (VİDEO)

Cəmiyyət Materials 6 Dekabr 2015 18:57 (UTC +04:00)
“Günəşli” yatağında baş vermiş yanğın zamanı xəsarət almış Rəşid Hüseynov Mərkəzi Neftçilər Xəstəxanasında kəllə beyin silkələnməsi diaqnozu ilə müalicə alır.
Xilas olmuş daha bir şahid: Külək qayığı zərblə platformaya vuranda başımdan zədə aldım (VİDEO)

Bakı. Samir Məmmədov - Trend:

"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət almış Rəşid Hüseynov Mərkəzi Neftçilər Xəstəxanasında kəllə beyin silkələnməsi diaqnozu ilə müalicə alır.

Neftçi Trend-in müxbirinə qəza zamanı baş verənləri danışıb: "Təxliyyə olunmağımız üçün hava şəraiti əl vermirdi. Küləyin sürəti saniyədə 40-45 m olardı. Dalğaların hündürlüyü isə 8-10 metrrə çatırdı. Məsləhət görüldü ki, qayıqları çox aşağı endirməyək. Çünki güclü küləyin təsirindən qayıqlar platformaya dəyib zədələnə bilərdi. Külək qayığı zərblə platformaya vuranda başımdan zədə aldım".

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti