...

Xəsarət alanların səhhəti stabildir, 2 nəfər evə buraxıla bilər

Cəmiyyət Materials 7 Dekabr 2015 11:34 (UTC +04:00)
“Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alan, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan xəstələrin səhhəti stabildir.
Xəsarət alanların səhhəti stabildir, 2 nəfər evə buraxıla bilər

Bakı. Samir Məmmədov - Trend:

"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alan, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan xəstələrin səhhəti stabildir.

Trend-in məlumatına görə, bunu xəstəxananın Baş direktorunun müavini Nadir Mehdiyev bildirib: "Xəstəxanada müalicə alan xəstələrin səhhəti normaldır, hətta 2 nəfər bu gün evə buraxıla bilər. 22 nəfər ambulator müalicə alır, onların səhhəti də daim həkimlərimizin nəzarətindədir".

Xəstələrlə söhbət zamanı da onlar vəziyyətlərinin normal olduqlarının təsdiqləyiblər. Yalnız cərrahi əməliyyat olunan Allahverdi Məmmədov dünən axşam saatlarında ağrıları olduğunu, bu gün səhər saatlarından artıq özünü yaxşı hiss etdiyini bilidirb.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti