...

Təkrar müayinədən keçən 15 neftçidən 4-ü xəstəxanada saxlanıldı

Cəmiyyət Materials 7 Dekabr 2015 17:22 (UTC +04:00)
"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunduqdan sonra ambulator müalicə üçün evə buraxılmış 15 neftçi bu gün təkrar müayinəyə gəlib.
Təkrar müayinədən keçən 15 neftçidən 4-ü xəstəxanada saxlanıldı

Bakı. Samir Məmmədov - Trend:

"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunduqdan sonra ambulator müalicə üçün evə buraxılmış 15 neftçi bu gün təkrar müayinəyə gəlib.

Bunu Trend-ə xəstəxananın baş direktoru Leyla Seyidbəyli bildirib.

Baş direktorun sözlərinə görə, 15 nəfərdən 4-ü stasionar müalicə üçün xəstəxanada saxlanılıb. Xəstəxanada saxlanılan neftçilər Vidadi Sarıyev, Kamran Tanrıverdiyev, Ədalət Dadaşov və Əlizadə Paşayevdir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 26 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti