...

Müalicə alan 2 neftçi bu gün evə buraxılır (ADLARI)

Cəmiyyət Materials 8 Dekabr 2015 11:07 (UTC +04:00)
"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alan, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 2 xəstə bu gün evə buraxılacaq.
Müalicə alan 2 neftçi bu gün evə buraxılır (ADLARI)

Bakı. Samir Məmmədov - Trend:

"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alan, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 2 xəstə bu gün evə buraxılacaq.

Bunu Trend-ə xəstəxananın Baş direktorunun müavini Nadir Mehdiyev deyib. N.Mehdiyev bilidirib ki, qalan xəstələrin vəziyyəti də stabildir.

Hazırda evə buraxılması nəzərdə tutulan neftçilər son həkim müayinəsindən keçirlər. Bunlar Mais Abbasov və Ənvər Əliyevdir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti