...

2 neftçi xəstəxanadan evə buraxıldı

Cəmiyyət Materials 8 Dekabr 2015 15:37 (UTC +04:00)
"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alan, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 2 neftçi artıq evə buraxılıb.
2 neftçi xəstəxanadan evə buraxıldı

Bakı. Samir Məmmədov - Trend:

"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alan, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 2 neftçi artıq evə buraxılıb.

Trend-in məlumatına görə, xəstəxanada müalicə alan Mais Abbasov və Ənvər Əliyev son həkim müayinələrindən sonra evə buraxılıblar.

Xəstəxananın Baş direktorunun müavini Nadir Mehdiyev daha öncə qalan xəstələrin vəziyyətinin stabil olması barədə məlumat verib.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti