...

Azərbaycanda dövlət torpaqlarına vərəsəlik hüququnun müddəti azaldılır

Cəmiyyət Materials 10 Dekabr 2015 16:39 (UTC +04:00)
Azərbaycanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara vərəsəlik hüququnun müddəti azaldılır.
Azərbaycanda dövlət torpaqlarına vərəsəlik hüququnun müddəti azaldılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara vərəsəlik hüququnun müddəti azaldılır.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Mülki Məcəlləyə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün tikintiyə vərəsəlik hüququ 49 ildən çox ola bilməz.

Hazırda isə Məcəlləyə əsasən, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşdırılması ilə müəyyənləşdirilir, lakin 99 ildən çox ola bilməz.

Dəyişikliklər Milli Məclisin dekabrın 18-də keçiriləcək növbəti plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti