...

Hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulu başlayır

Cəmiyyət Materials 14 Dekabr 2015 19:22 (UTC +04:00)
Hakimlərin Seçki Komitəsinin dekabrın 14-də keçirilən iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilib və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınıb.
Hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulu başlayır

Bakı. Trend:

Hakimlərin Seçki Komitəsinin dekabrın 14-də keçirilən iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilib və hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınıb.

Komitədən Trend-ə verilən məlumata görə, hakimliyə namizədlərin sənədləri 15 dekabr 2015-ci il tarixdən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcək (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə).

Hakimliyə namizədlər üçün əlverişli şərait yaradılması məqsədilə "Hakimliyə Namizədin Yaddaş Kitabçası", tələb edilən sənədlərin siyahısı, hakim vakansiyaları barədə və digər məlumatlar Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib (www.jlc.gov.az).

İmtahanların keçirilməsi ilə bağlı digər aidiyyəti məsələlər barədə əlavə məlumat veriləcək. Əlaqə telefonu: (012) 510-22-97; (051) 510-22-97

Məqalədə:
Xəbər lenti

Xəbər lenti