Bakı. Trend:
"BakuBus" MMC-nin avtobuslarında "Wi-Fi" sistemi yaxın vaxtlarda işə salınacaq.
"BakuBus" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Bu ilin birinci rübündə avtobuslarda "Wi-Fi" sisteminin işə düşməsi planlaşdırılır".