Bakı. İlhamə İsabalayeva - Trend:
Təhsil Nazirliyi "Müəllim-şagird münasibətləri və sinfin idarə edilməsi" mövzusunda seminarların keçirilməsinə başlayır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, ilk belə seminar Xırdalan şəhərində keçiriləcək.
Seminarda müəllim-şagird münasibətlərində neqativ təzahürlərin yaranma səbəbləri müzakirə ediləcək, müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq və əməkdaşlıq etmək bacarığının əsas müddəaları izah olunacaq.
Təhsil ekspertlərinin də iştirak edəcəyi tədbirdə mövcud problemlərin konstruktiv həlli yolları müzakirə ediləcək.