...

Mehman Səlimovun məhkəməsi yenə təxirə salındı

Cəmiyyət Materials 29 Yanvar 2016 15:43 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.
Mehman Səlimovun məhkəməsi yenə təxirə salındı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid Tərlan Yusifov prosesə gəlmədiyi üçün növbəti məhkəmə prosesi fevralın 5-ə təyin edilib.

Qeyd edək ki, M.Səlimov 2014-cü ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib.

M.Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti