...

Azərbaycanda “donuz qripi”nə yoluxma ilə bağlı rəsmi açıqlama

Cəmiyyət Materials 3 Fevral 2016 12:32 (UTC +04:00)
Azərbaycanda “donuz qripi”nə yoluxma faktının qeydə alınması və bu xəstəlikdən ölüm hallarının baş verməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.
Azərbaycanda “donuz qripi”nə yoluxma ilə bağlı rəsmi açıqlama

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda "donuz qripi"nə yoluxma faktının qeydə alınması və bu xəstəlikdən ölüm hallarının baş verməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, Azərbaycanda indiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb.

Nazirlik rəsmisi ölkədə "donuz qripi"nə yoluxmanın qarşısını almaq üçün gücləndirilmiş şəkildə profilaktik işlərin görüldüyünü, məktəb və bağçalarda dezinfeksiya tədbirlərinin aparıldığını, sərhəd-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlərin davamlı olaraq həyata keçirildiyini də söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti