...

"Kitabi-Dədə Qorqud" və Türk dünyası" ilə bağlı toplu çapdan çıxıb

Cəmiyyət Materials 3 Fevral 2016 15:35 (UTC +04:00)
“Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransın materiallar toplusu çapdan çıxıb.
"Kitabi-Dədə Qorqud" və Türk dünyası" ilə bağlı toplu çapdan çıxıb

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən "Kitabi-Dədə Qorqud"un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş "Kitabi-Dədə Qorqud" və Türk dünyası" mövzusunda beynəlxalq elmi konfransın materiallar toplusu çapdan çıxıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, topluda respublikanın, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Rusiyanın alim və tədqiqatçılarının elmi məqalələri nəşr olunub.

Topluda verilən 180 məqalə, əsasən, "Kitabi-Dədə Qorqud" abidəsi və "Qorqudşünaslıq" mövzularını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti