...

SOCAR kooperativ binalar və şəhərciklər salmağa başlayır

Cəmiyyət Materials 4 Fevral 2016 15:48 (UTC +04:00)
SOCAR Bakının bəzi rayonlarında kooperativ binaların və şəhərciklərin tikintisini apara biləcək.
SOCAR kooperativ binalar və şəhərciklər salmağa başlayır

Bakı. Trend:

SOCAR Bakının bəzi rayonlarında kooperativ binaların və şəhərciklərin tikintisini apara biləcək. Trend SOCAR-ın "Feysbuk" səhifəsinə istinadən məlumat verir ki, bunu gənc neftçilərlə görüşü zamanı SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

O, qeyd edib ki, məsələ ilə bağlı ölkə Prezident İlham Əliyevin razılığı da alınıb: "Prezidentlə danışarkən tikinti ilə bağlı icazə almışam ki, böyük tikinti işləri aparaq. Qaradağda, Pirallahıda, torpağımız olan yerlərdə böyük kooperativ tikintilər aparaq, şəhərciklər salaq. Şirkət bütün gəncləri evlə təmin etməyə çalışacaq. Bu proqrama gələn həftədən start veriləcək. Artıq bir neçə idarələrə müvafiq tapşırıqlar verilib, hazırlıq işləri görülür. SOCAR-ın hər idarəsinin artıq imkanı olacaq ki, gəlib özünə torpaq götürsün. Biz bütün mühəndis layihələrini verəcəyik və tikinti işləri gedəcək".

R.Abdullayev bildirib ki, mənzillə təminat uzunmüddətli kredit sistemi ilə aparılacaq: "Özünüz də sistem düzəldib, maaşınızdan müəyyən qədər pul ödəməklə bu kooperativ hərəkatına qoşula biləcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti