...

Gürcü professor Bilik Fondunda mühazirə dedi (FOTO)

Cəmiyyət Materials 5 Fevral 2016 17:11 (UTC +04:00)
Gürcüstanın Tbilisi Dövlət Universitetinin professoru, Vilnüs Dövlət Universitetinin dəvətli mühazirəçisi Mariam Mançqaladzenin mühazirəsi təşkil olunub.
Gürcü professor Bilik Fondunda mühazirə dedi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda "İlboyu bilik" proqramı üzrə "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində Gürcüstanın Tbilisi Dövlət Universitetinin professoru, Vilnüs Dövlət Universitetinin dəvətli mühazirəçisi Mariam Mançqaladzenin mühazirəsi təşkil olunub.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, "Dövlət dilinin xarici dilli auditoriyada tədrisinin müasir və ənənəvi metodları" mövzusunda keçirilən mühazirədə ali məktəblərdə pedaqogika ixtisası üzrə təhsil alan tələbələr və Bilik Fondunun könüllüləri iştirak ediblər.

Mühazirənin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu bildirən professor M.Mançqaladze tələbələrin fəallığından və öyrənmək həvəsindən də razı qaldığını vurğulayıb: "2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu bilirəm. Düşünürəm ki, xarici dilin tədrisində, xüsusilə multikulturalizm elementlərindən faydalanmaq zəruridir. Dövlət dilinin öyrədilməsində mədəniyyət faktoru vacib komponentdir".

Sonda professor mühazirəni maraqla dinləyən tələbələrin suallarını çavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti