...

Azərbaycanda xroniki böyrək çatışmazlığı olanlar üçün yeni proqram təsdiqləndi

Cəmiyyət Materials 7 Fevral 2016 10:53 (UTC +04:00)
Nazirlər Kabineti 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramını təsdiqləyib
Azərbaycanda xroniki böyrək çatışmazlığı olanlar üçün yeni proqram təsdiqləndi

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti 2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramını təsdiqləyib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, proqrama uyğun olaraq, xroniki böyrək çatışmazlığı olan xəstələrin vahid elektron registrinin təkmilləşdirilməsi, böyrəklərin xroniki patologiyası olan şəxslərin vaxtında aşkar edilməsi və onların tam həcmdə tibbi yardımla, o cümlədən hemodializ müalicəsi ilə təmin edilməsi, xroniki böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən edilməsi həyata keçiriləcək.

Bununla yanaşı, Bakıda və regionlarda hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi, ehtiyacı olan xəstələr üzərində böyrəkköçürmə əməliyyatlarının həyata keçirilməsi, xroniki böyrək çatışmazlığı nəticəsində əmək qabiliyyətini itirmiş şəxslərin tibbi-sosial reabilitasiyası işinin yaxşılaşdırılması, nefrologiya sahəsində mütəxəssislərin hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması işləri aparılacaq.

Xəbər lenti

Xəbər lenti