...

İlk insanın məskunlaşma tarixini öyrənmək üçün Azərbaycanda tədqiqat aparılacaq

Cəmiyyət Materials 8 Fevral 2016 14:12
Bu il Azərbaycanın Qazax rayonu ərazisindəki Aveydağ və ətraf ərazilərdə yerləşən paleolit dövrünə aid abidələrdə ilk insanın məskunlaşma tarixini müəyyən etmək üçün əsaslı arxeoloji tədqiqatlara başlamaq nəzərdə tutulur.
İlk insanın məskunlaşma tarixini öyrənmək üçün Azərbaycanda tədqiqat aparılacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il Azərbaycanın Qazax rayonu ərazisindəki Aveydağ və ətraf ərazilərdə yerləşən paleolit dövrünə aid abidələrdə ilk insanın məskunlaşma tarixini müəyyən etmək üçün əsaslı arxeoloji tədqiqatlara başlamaq nəzərdə tutulur.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Azərbaycandan Mənsur Mənsurov və Azad Zeynalov kimi mütəxəssislərin iştirakı ilə göstərilən ərazidə aparılacaq tədqiqatların əsas obyekti - Orta və Yuxarı Paleolit, Mezolit və Neolit dövrlərinin bütün mərhələlərini özündə cəmləşdirən və nadir abidələr sırasında olan Damcılı mağarasıdır. Tədqiqatlar Mədəniyyət və Turizm Nazirliyi, Arxeologiya və Etnoqrafiya İnstitutu və Tokio Universitetinin qarşılıqlı əməkdaşlığı sayəsində həyata keçiriləcək.

Xatırladaq ki, 2009-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tokio Universiteti və Universitetin Muzey Departamenti ilə müştərək elmi tədqiqatların aparılması ilə bağlı qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb. Nəticədə yeddi il ərzində Tovuz bölgəsində e.ə. VI minilliyə aid olan Göytəpə neolit yaşayış məskəni bir sıra elmlərin fövqündə əsaslı olaraq araşdırılaraq öyrənilmişdir. Bundan əlavə, Göytəpə arxeoloji kompleksinin yaxınlığında aşkar edilmiş və e.ə. VII minilliyin sonlarına aid Hacıələmxanlı qədim yaşayış yeri tədqiq edildi. Hal-hazırda hər iki abidənin keçmişi ilə bağlı əldə olunmuş mühüm elmi məlumatlar dünyanın mötəbər elmi jurnallarında öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti