...

Dövlət Əmək Müfəttişliyi xarici şirkət direktorunu cərimələyə bilmədi

Cəmiyyət Materials 11 Fevral 2016 10:46 (UTC +04:00)
Bu gün Bakı Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin “Nokia Solutions and Networks Baku” MMC-nin direktoruna qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
Dövlət Əmək Müfəttişliyi xarici şirkət direktorunu cərimələyə bilmədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin "Nokia Solutions and Networks Baku" MMC-nin direktoruna qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılıb və məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi "Nokia Solutions and Networks Baku" MMC-nin direktoru Çili Mehmet Ozanın barəsində İnzibati Xətalar Məcəlləsinin 54.0.4-cü (əməyin mühafizəsi qaydalarının pozulması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib. Lakin Çili Mehmet Ozan həmin qərarın müddətinin keçdiyini əsas gətirərək qərara xitam verilməsini istəyib. O, bununla bağlı Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını təmin edib. Qərarla razılaşmayan müfəttişlik isə apellyasiya şikayəti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti