...

Azərbaycan Tehranda beynəlxalq turizm sərgisində təmsil olunacaq

Cəmiyyət Materials 15 Fevral 2016 18:00 (UTC +04:00)
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 32 kv.m sahədə stend quraşdırılıb.
Azərbaycan Tehranda beynəlxalq turizm sərgisində təmsil olunacaq

Bakı. Trend:

16-19 fevral 2016-cı il tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilən "HT&T Iran Hotel, Travel & Tourism International Exhibition" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə qurumun Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov Tehran şəhərində səfərdədir. Ölkəmizi sərgidə nazirliklə yanaşı, 10 yerli turizm şirkəti və mehmanxana da təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 32 kv.m sahədə stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, nazirlik adıçəkilən sərgidə ikinci dəfədir iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti