...

Azərbaycanda notariat əməliyyatlarının sayı 3,3 milyonu ötüb

Cəmiyyət Materials 15 Fevral 2016 18:56 (UTC +04:00)
Azərbaycanda notariat əməliyyatlarının sayı 3,3 milyonu ötüb.
Azərbaycanda notariat əməliyyatlarının sayı 3,3 milyonu ötüb

Bakı. Trend:

Azərbaycanda notariat əməliyyatlarının sayı 3,3 milyonu ötüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, notariat orqanlarında aparılan əməliyyatların sayı 3,3 milyonu ötüb, 344 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 37 milyon manatadək dövlət rüsumu və haqq ödənilib. Vətəndaş məmnunluğu doğuran və 7 milyon insanın faydalandığı Azərbaycanın milli brendinə çevrilmiş "ASAN xidmət" mərkəzləri çərçivəsində 1,7 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib.

Vətəndaşlar nazirlik tərəfindən göstərilən 20 elektron xidmətdən yararlanıblar. "Elektron notariat" informasiya sistemi də təkmilləşdirilərək bir çox yeni funksiyalar əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti