...

388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib

Cəmiyyət Materials 15 Fevral 2016 19:01 (UTC +04:00)
Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.400-dən çox hektar torpaq sahəsi geri qaytarılıb.
388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib

Bakı. Trend:

Azərbaycanda 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən geniş kollegiya iclasında bildirilib.

Kollegiyada bu il fevralın 12-də Milli Məclisdə dinlənilmiş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə barədə məlumat verilib. Bildirilib ki, 2015-ci ildə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 59 minə qədər bələdiyyə aktına baxılıb, onlardan 1700 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, təmin edilməyən təkliflərlə bağlı məhkəmələrdə 19 iddia qaldırılıb. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.400-dən çox hektar torpaq sahəsi geri qaytarılıb.

Qeyd olunub ki, 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib, həmçinin qanunvericiliyin tələblərini pozmuş 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Parlamentdə müzakirələr zamanı deputatlar tərəfindən bələdiyyələrin fəaliyyəti və problemlərindən çıxış yolları barədə təkliflər səsləndirilib, sonda məruzə səsə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti