...

FHN-in iştirak etdiyi Aİ proqramı çərçivəsində masaüstü təlimə başlanılıb (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 16:41 (UTC +04:00)
“Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi və Yardım Qəbul Edən Ölkənin Dəstəyi” mövzusunda masaüstü təlimə başlanılıb.
FHN-in iştirak etdiyi Aİ proqramı çərçivəsində masaüstü təlimə başlanılıb (FOTO)

Bakı. Trend:

Fevralın 24-də ADA Universitetində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) benefisiarı olduğu Avropa İttifaqının (Aİ) "Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri" üzrə Şərq proqramının 2-ci fazası çərçivəsində "Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi və Yardım Qəbul Edən Ölkənin Dəstəyi" mövzusunda masaüstü təlimə başlanılıb.

FHN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aİ məsələləri üzrə Bilik Mərkəzinin tərəfdaşlığı ilə başlanmış təlimə layihənin qrup rəhbəri Sergey Anaqnostinin moderatorluq edib.

Açılış nitqi ilə çıxış edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirib ki, FHN fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə əlaqələrin qurulmasını və əməkdaşlığın genişləndirilməsini daim diqqət mərkəzində saxlayır. BMT, Aİ və digər bu kimi mötəbər beynəlxalq təşkilatlarla yüksək səviyyəli münasibətlərin qurulduğunu vurğulayan natiq qeyd edib ki, keçirilən tədbir də həmin əməkdaşlığın bariz nümunəsidir. Aİ ilə birgə həyata keçirilmiş layihələr barədə məlumat verən F.Tağızadə bu masaüstü təlimin də ölkədə sözügedən sahədə vəziyyətin təhlili, qarşıda duran vəzifələrin həyata keçirilməsi işinə böyük töhfə olacağına əminlik ifadə edib. O, təlimin işinə uğurlar arzulayıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard qeyd edin ki, təlim Aİ tərəfindən Azərbaycana verilən dəstəyin tərkib hissəsidir və bu sahədə institusional inkişafa böyük töhfə olmaqla yanaşı, qazanılmış təcrübənin mübadiləsi baxımından da çox faydalıdır.

ADA Universitetinin Aİ məsələləri üzrə Bilik Mərkəzinin direktoru Nərgiz İsmayılova Avropa İttifaqının çalışdığı ali təhsil ocağına yardımlarının əhəmiyyətindən söz açıb.

Sonra tədbir mütəxəssislərin təqdimatları ilə davam etdirilib və təlimlər keçirilib.

Təlim fevralın 25-də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti