...

Mehman Səlimovun məhkəməsində şahidin prosesə məcburi gətirilməsi istənildi

Cəmiyyət Materials 26 Fevral 2016 12:47 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Mehman Səlimovun məhkəməsində şahidin prosesə məcburi gətirilməsi istənildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs iştirak etməyib. M.Səlimovun hüquqlarını müdafiə edən vəkil zərərçəkmiş şəxsin növbəti məhkəmə iclasında iştirak etməsini istəyib.

Daha sonra M.Səlimovun vəkili vəsatətlə çıxış edib. O, iş üzrə tikinti ekspertizasının keçirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov 2014-cü ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib.

M.Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti