...

Məscid yandıran dəstə üzvlərinin məhkəməsi təxirə salındı

Cəmiyyət Materials 29 Fevral 2016 11:21 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilərək həbs edilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Məscid yandıran dəstə üzvlərinin məhkəməsi təxirə salındı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilərək həbs edilən Namiq Nəsibov və Elnur Ələkbərovla bağlı cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxslərin vəkilləri gəlmədiyi üçün məhkəmə prosesi təxirə salınıb.

Prokuror çıxışında məhkəmədən N.Nəsibovun 17 il, E.Ələkbərovun isə 16 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə qablar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəsibov Namiq və Ələkbərov Elnur saxlanılıblar.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlayıb.

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terror təşkilatının nəzarətində olan Suriyaya gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə "PKK" terrorçu təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti